Rusiya “casusluq” ittihamı ilə saxlanılan “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçi dərhal azad etməlidir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna NATO-nun baş katibi Yens Stoltenberqin mətbuat konfransına istinadən məlumat verib.
Onun sözlərinə görə, o, Amerika Birləşmiş Ştatlarının amerikalı jurnalisti azad etmək çağırışına qoşulur.
"Onun həbsi narahatlıq doğurur. Mətbuat azadlığına, jurnalistlərin hüquqlarına, sual vermək və öz işini görmək hüququna hörmət etmək vacibdir. Ona görə də biz onun dərhal azadlığa buraxılmasına çağırırıq", - Stoltenberq vurğulayıb.
Xatırladaq ki, Gerşkoviç martın 30-da Rusiyanın Yekaterinburq şəhərində saxlanılıb. O, "casusluq" maddəsi ilə ittiham olunub.
QAZİLER.AZ