Rusiya Daxili İşlər Nazirliyinin Perm diyarı üzrə baş idarəsinin məlumatına görə, Yusvinsk rayonunun Maykor qəsəbəsində evlərin birində baş verən yanğın söndürüldükdən sonra səkkiz naməlum şəxsin yanmış qalıqları aşkar edilib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, yanğın fərdi evlərin birində baş verib. Hazırda hadisə yerində təhqiqatçılar işləyir. Operativ qrup həlak olanların şəxsiyyətini müəyyən etməyə çalışır. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, tam dəqiqləşməyib.