Ukraynada 10 nəfər dinc sakin öldürüldü

Ukraynada 10 nəfər dinc sakin öldürüldü backend

Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin separatçılar tərəfindən atəşə tutulması nəticəsində 10 dinc sakin həlak olub.

QAZİLƏR.AZ sayti APA-ya istinad edir ki,Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə İdarəsinin rəisi Vyaçeslav Abroskin bildirib. V. Abroskin separatçıların şəhərin Kiyev, Olimpiya və 1 May küçələrindəki yaşayış binalarını hədəf aldığını deyib: “Hadisə yerində operativ istintaq qrupu işləyir, milis həyəcan siqnalı ilə ayağa qaldırılıb”.
Antiterror əməliyyatının qərargahı atəşin “Qrad” qurğularından açıldığını və raketlərin Mariupol şəhərinin Şərq mikrorayonuna düşdüyünü açıqlayıb. Nəticədə mənzillərin şüşələri qırılıb, avtomobillər yanıb. Şahidlər raketlərdən birinin şəhərin Kiyev rayonundakı bazara düşdüyünü xəbər veriblər. İnsanlar bombalanan ərazini tərk etməyə çalışır. Şəhərin müdafiə qərargahının rəhbərinin müavini Denis Qavrilov bildirib ki, kəşfiyyatın məlumatlarına əsasən hələlik şəhərə geniş miqyaslı hücum yoxdur.

Qeyd edək ki, Mariupol iqtisadi və hərbi-strateji cəhətdən həddən artıq vacib bir məntəqədir. Azov dənizinin sahilində yerləşən şəhərin yarım milyona yaxın əhalisi var. Mariupol həm iri dəniz imanı, həm də Ukraynanın vacib metallurgiya və maşınqayırma mərkəzidir. Separatçıların və Rusiya ordusunun həm iqtisadi baxımdan əhəmiyyətinə görə, həm də Krıma quru yolu açmaq üçün Mariupolu ələ keçirməyə çalışacağı barədə tez-tez fikirlər səslənir. Şəhəri Ukrayna Silahlı Qüvvələrinin bölmələri, eləcə də “Azov” alayı və “Dnepr-1” batalyonu müdafiə edir.
Diaspora