Tramp ona qarşı irəli sürülən ittihamlara görə tərəfdarlarına müraciət edib

Tramp ona qarşı irəli sürülən ittihamlara görə tərəfdarlarına müraciət edib backend

“Onlar mənim üçün deyil, sizin üçün gəlirlər”...

Haqqında rəsmi ittihamlar hazırlanan ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarına müraciət edib. Keçmiş dövlət başçısı müvafiq statusu özünün “Truth Social” sosial şəbəkəsində dərc edib.

“Onlar mənim üçün deyil, sizin üçün gəlirlər - mən sadəcə onların yolunu kəsdim!” – deyə siyasətçi yazıb.

Bundan əvvəl məlum olmuşdu ki, münsiflər heyəti Trampı 30 dələduzluq maddəsi üzrə ittiham edir. ABŞ-ın keçmiş prezidentinin vəkili bildirib ki, siyasətçi aprelin 4-də Manhettendə Nyu-York əyalətinin Ali Məhkəməsi qarşısına çıxacaq.

Vəkil onu da qeyd edib ki, Ağ Evin keçmiş rəhbəri ona qarşı aparılan istintaq hərəkətləri fonunda Florida ştatındakı Mar-a-Laqodakı malikanəsində gizlənməyəcək.

Martın ortalarında Tramp xəbərdarlıq etmişdi ki, onu Manhetten Prokurorluğu həbs edə bilər. Media hesab edir ki, milyarder porno aktrisa Stormi Danielsə rüşvət aldığı üçün saxlanıla bilər. İddialara görə, Tramp 2016-cı il prezidentlik yarışının son günlərində səssiz qaldığı üçün vəkil vasitəsilə ona 130 min dollar ödəyib.

QAZİLER.AZ

Diaspora