Fransız polisinin ərəb jurnalistə hücumu: "Evinə get, rədd ol' - VİDEO

Fransız polisinin ərəb jurnalistə hücumu: "Evinə get, rədd ol' - VİDEO backend

Fransada yenə də irqçi hərəkətə yol verilib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Fransa polisi pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyasını çəkən ərəb əsilli operatora "evinə dön" deyərək gözyaşardıcı qazdan istifadə edib.

"Loopside"r adlı görüntülü sosyal media xəbər platforması operatorları Amar Taoualitin, 16 martda Parisdə pensiya islahatlarına qarşı keçirilən aksiyanı çəkərkən Fransanın çevik polis əməkdaşları tərəfindən təzyiqlə üzləşdiyi ilə bağlı görüntüləri paylaşıb.

Operator: "İşləyirəm, jurnalistəm, jurnalistlərə hücum edirsiniz? Mənim mətbuat kartım var, indi çəkiliş edirəm, diqqətli olun, bu internetdə olacaq" desə də polislər birbaşa Taoualitin üzünə gözyaşardıcı qaz püskürdərək: "Evinə get. İtil" deyirlər.

Mətbuat kartını göstərməsinə baxmayaraq, polis Amar Taoualitə qarşı yenidən gözyaşardıcı qazdan istifadə edərək, onu ərazidən uzaqlaşdırmaqla görüntü çəkməsinə mane olub.

QAZİLER.AZ

 

Diaspora