ABŞ iqlim dəyişikliyi təşəbbüslərinin bir hissəsi olaraq Afrikaya vəsait ayıracaq

ABŞ iqlim dəyişikliyi təşəbbüslərinin bir hissəsi olaraq Afrikaya vəsait ayıracaq backend

Məbləğin 7 milyard ABŞ dolları olduğu bildirilir

ABŞ iqlim dəyişikliyi təşəbbüslərinin bir ABŞ-ın özəl şirkətləri və ABŞ səlahiyyətliləri yaşıl enerji layihələri, kənd təsərrüfatı və iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı təşəbbüslər çərçivəsində Afrikaya 7 milyard dollardan çox vəsait verəcəklər. Bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Zambiyaya səfəri ilə bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Vitse-prezident Kamala Harrisin Afrikada iqlimə davamlılığı təşviq etmək və gücləndirmək üçün özəl sektora çağırışına cavab olaraq, özəl sektor 7 milyard dollardan çox vəsait vəd edib" deyə, ABŞ administrasiyası məlumat verib.

Pulun təxminən 116 milyon fermerə kömək etmək və iqlimə zərər verməyəcək kənd təsərrüfatı təcrübələrini təşviq etmək üçün göndərilməsi nəzərdə tutulur.

Bundan başqa bu vəsaitlər Vaşinqtonda  Amerika hakimiyyət orqanlarından əlavə, 27 şirkət və xeyriyyə təşkilatı tərəfindən ayrılacaq.

Ötən həftə Rusiya prezidenti Vladimir Putin “Rusiya-Afrika çoxqütblü dünyada” beynəlxalq parlament konfransının plenar iclasında çıxışı zamanı bəyan edib ki, Moskva tibb sahəsində Afrika ilə əməkdaşlığı artırmaq niyyətindədir.

QAZİLER.AZ

Diaspora