Ukraynaya qarşı döyüşən rus əsgəri Moldovaya buraxılmayıb

Ukraynaya qarşı döyüşən rus əsgəri Moldovaya buraxılmayıb backend

Moldovanın hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün, martın 31-də Ukraynaya qarşı döyüşlərdə iştirak edən Rusiya hərbçilərini ölkəyə buraxmayıblar.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Moldovanın sərhəd polisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Rusiya vətəndaşı olan hərbçi Kişinyov hava limanında saxlanılıb. Həmin şəxs Tiraspola getmək istəyirmiş.

"Söhbət zamanı həmin şəxs ifadəsi ilə sərhəd polisini çaşdırmağa çalışıb. O, Moldovaya buraxılmayıb və təyyarə ilə gəldiyi ölkəyə geri göndərilib", - sərhəd polisindən bildiriblər.

Xatırladaq ki, bir qədər əvvəl Moldova prezidenti Maia Sandu  Rusiyanın Belarus kimi Moldovanı da Ukraynaya qarşı istifadə etməyə çalışdığını demişdi.

QAZİLER.AZ

Diaspora