Bayden WSJ jurnalistinin Rusiyada saxlanmasına ilk dəfə reaksiya verib

Bayden WSJ jurnalistinin Rusiyada saxlanmasına ilk dəfə reaksiya verib backend

Martın 31-də ABŞ prezidenti Co Bayden amerikalı jurnalistin Rusiyada saxlanmasına ilk dəfə reaksiya verib.

Qaziler.az bildirir ki, bu barədə  RBK-Ukrayna CNN-ə istinadən xəbər verir.

“Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçin saxlanması ilə bağlı Baydenin Rusiyaya nə demək istədiyi barədə suala cavab olaraq o, jurnalisti azad etməyə çağıracağını bildirib.

Bayden Ağ evdən çıxarkən: "Onu buraxın" - deyib.

Xatırladaq ki, ötən gün The Wall Street Journal qəzetinin jurnalisti Evan Qerşkoviç Rusiyada saxlanılıb. O, “Rusiya hərbi sənaye kompleksi müəssisəsində casusluq etməkdə” ittiham olunur.

QAZİLER.AZ

Diaspora