İspaniyada parlament binasına boya ilə hücum etdilər: 9 nəfər həbs edildi

İspaniyada parlament binasına boya ilə hücum etdilər: 9 nəfər həbs edildi backend

İspaniyanın paytaxtı Madriddə bir araya gələn ətraf mühit fəalları qırmızı boyalarla parlament binasına hücum ediblər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, polisin müdaxilə etdiyi hadisədə 9 nəfər saxlanılıb.

İspaniyada "Futuro Vegetal", "Extinction Rebellion" və "Rebelion Cientifica" (Elmi Üsyan) adlı qrupların nümayəndələri olan ətraf mühit fəalları paytaxt Madriddəki parlament binasına qırmızı boya ilə hücum ediblər.

Parlament binasının girişində bir çox yeri qırmızı rəngə boyayarkən polis 9 fəalı saxlayıb.

Aksiya zamanı çıxış edən fəallardan Viktor de Santos aksiyanı hökumətin iqlim böhranına biganəliyinə diqqət çəkmək və keçən il oxşar aksiya təşkil etdiyinə görə mühakimə olunan 15 fəalın mühakimə olunmasına etiraz etmək məqsədilə həyata keçirdiklərini bildirib. 

QAZİLER.AZ

 

 

Diaspora