Silvio Berluskoni xəstəxanadan buraxılıb

Silvio Berluskoni xəstəxanadan buraxılıb backend

Ağrıları artan Berluskoni müayinə məqsədilə xəstəxanaya yerləşdirilib. İtalyan siyasətçiyə testlər və müayinələr tətbiq edilib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, səhhətindəki problemlərin olduğu söylənilən Silvio Berluskoni həftənin əvvəlində xəstəxanaya yerləşdirilib.

Müayinə məqsədi daşıdığı bildirilən prosedurdan sonra Berluskoni Milanda San Raffaele Xəstəxanasından buraxılıb.

Bildirilib ki, 86 yaşlı Berluskoninin yaşadığı ağrılar səbəbilə ötən bazar ertəsi müayinə məqsədilə San Raffaele xəstəxanasına yerləşdirilib.

Silvio Berluskoni sonuncu dəfə 2022-ci ilin yanvarında eyni xəstəxanaya yerləşdirilmişdi.

1994-2011-ci illər arasında İtaliyada ən uzun müddətli baş nazir olan Berluskoni 2020-ci ilin sentyabrında koronavirusa yoluxmuş və iki həftəlik çətin müalicədən sonra sağala bilmişdi.

Berluskoni xəstəxanadan çıxarkən: "Bu dəfə də bunun öhdəsindən gəldim." - deyib.

QAZİLER,AZ

 

Diaspora