Bundestaqda çıxış edən kral Çarlz Avropanın təhlükəsizliyinin təhdid altında olduğunu bildirib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bunu Almaniyaya üç günlük səfəri zamanı Bundestaqda çıxışı zamanı Britaniya kralı Çarlz Almaniyanın Ukraynaya verdiyi geniş dəstəyi alqışlayıb.
Rusiya-Ukrayna müharibəsinə toxunan Kral Çarlz müharibənin bir çox insana acılar yaşatdığını bildirib.
Kral III Çarlz Avropada Ukraynaya ən çox dəstək verən ölkələr arasında İngiltərə və Almaniyanın aparıcı rol oynadığını bildirib.
İki ölkənin qətiyyətlə hərəkət etdiyini vurğulayan Kral Çarlz deyib:
"Almaniyanın Ukraynaya belə genişmiqyaslı hərbi dəstək vermək qərarı cəsarətlidir, mühümdür ".
QAZİLER.AZ






