Çin Müdafiə Nazirliyi guya “dünyada ədaləti” təmin etmək üçün Rusiya hərbçiləri ilə bir neçə sahədə əməkdaşlığa hazır olduğunu açıqlayıb.
Qaziler.az-ın məlumatına görə, “Ukrayna Prizması” Xarici Siyasət Şurasının eksperti Aleksandr Kraev Kanal 24-ə bildirib ki, Çin ABŞ-ı və bütövlükdə Qərbi şantaj etməyə yönəlmiş siyasətini davam etdirir.
Onun sözlərinə görə, bu həm də Çinin nöqteyi-nəzərindən Rusiyanın tamamən uduzmamasına yönəlib.
"Əgər Çin həqiqətən Rusiyanın qələbə çalmasını istəsəydi işğalçı dövləti hələ keçən ilin aprel ayında ondan istədiyi silahlarla təmin edərdi", - deyə ekspert vurğulayıb.
Bununla belə, o hesab edir ki, Pekini daha çox öz geosiyasəti maraqlandırır. O, Rusiyanın Ukraynaya və Qərbə qarşı müharibəsinə deyil, Tayvan üzərindəki öz müharibəsinə dahaçox hazırlaşmalıdır.
QAZİLER.AZ