“İnstagram” və “Facebook” sosial şəbəkələrinin sahibi olan “Meta Corporation” öz saytlarında Avropada siyasi reklamın qadağan edilməsi imkanını nəzərdən keçirir.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Qeyd olunur ki, Aİ səlahiyyətliləri internet saytlarından, o cümlədən “Facebook” və “Google”dan dərc olunan siyasi reklamlar ın dəyəri, müştəriləri və baxışları haqqında məlumatları açıqlamağı tələb edir.
Meta rəhbərliyi narahatdır ki, “siyasi reklam” anlayışı həddən artıq genişdir və ona riayət etmək çətin ola bilər. Buna görə də, korporasiya üçün daha sadə həll yolu pullu siyasi reklamdan tamamilə imtina etməkdir.
QAZİLER.AZ