Çin lideri Si Cinpin ölkəni müharibəyə hazırladığını açıqlayıb.
Qaziler.az xəbər verir ki, “nyus.ru” “Foreign Affairs” nəşrinə istinadla bildirir ki, Çin lider bu barədə parlamentin illik iclasında deyib. Çıxışların birində siyasətçi generallarına müraciət edib və onları mübarizə aparmaq üçün cəsarətlənməyə çağırıb.
Məlumatda qeyd edilir ki, Çin hökuməti müdafiə büdcəsini 7%-dən çox artırdığını elan edib. Son on ildə bu rəqəm iki dəfə artıb.
Həmçinin, son bir neçə ay ərzində Çin yeni hərbi hazırlıq qanunlarını elan edib və digər şeylərlə yanaşı, Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqları açıb.
Lakin nəşrin yazısında Çin hakimiyyətinin bu addımlarına yekun qiymət vermək üçün hələ tez olduğu açıqlanıb.
QAZİLER.AZ