ABŞ Senatı İraqın işğalına yol açan qanunu LƏĞV EDİB

ABŞ Senatı İraqın işğalına yol açan qanunu  LƏĞV EDİB backend

Senatda ABŞ prezidentinə İraqa qarşı hərbi güc tətbiq etmək imkanı verən “İraqda Hərbi Qüvvələrin İstifadəsinə Səlahiyyət (AUMF)” adlı mandatın rəsmən ləğv edilməsinə dair qanun layihəsinin qəbulu ilə bağlı yekun səsvermə keçirilib.

Qaziler.az Türkiyə KİV-ə isinadla xəbər verir ki, səsvermə zamanı 66 deputat “hə”, 30 deputat isə “xeyr” deyə səs verməklə İraqın işğalına icazə verən qanunu ləğv ediblər. Mandatın ləğv edilməsi üçün o, Nümayəndələr Palatası və prezident Co Bayden tərəfindən təsdiqlənməlidir.

Qanun layihəsini dəstəkləyən senatorlar səsvermədən əvvəl çıxışlarında İraqın işğalından ötən 20 ildə dünyanın dəyişdiyini bildirib və İraqın hazırda ABŞ-ın mühüm tərəfdaşlarından biri olduğunu vurğulayıblar.

Qeyd edək ki, ABŞ Konqresi prezidentə 1991-ci ildə Körfəz müharibəsi zamanı İraq lideri Səddam Hüseynin qüvvələrinin Küveytdən çıxarılması və 2002-ci ildə İraqın işğalı üçün hərbi gücdən istifadə etmək səlahiyyəti verib.

ABŞ və İngiltərənin başçılıq etdiyi koalisiya qüvvələri Səddam Hüseynin bioloji silah istehsal etdiyini iddia edərək 20 mart 2003-cü ildə İraqı işğal edib.

Onu dəstəkləyən ABŞ və Böyük Britaniya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarını gözləmədən İraqa "sabitlik və demokratiya' gətirəcəyi iddiası ilə "İraqın Azadlığı" əməliyyatına başlayıb.

Yüz minlərlə dinc sakinin həyatını itirdiyi, milyardlarla dollar xərcləndiyi bu hərbi müdaxilə İŞİD terror təşkilatının ortaya çıxmasına, eyni zamanda ölkədə mülki əhalinin ödəyəcəyi siyasi və sosial xaosa yol açıb.

Sozügedən qanundan sonuncu dəfə 2020-ci ildə keçmiş ABŞ prezidenti Donald Tramp tərəfindən İran generalı Qasım Süleymanin öldürülməsi əməliyyatında istifadə edilib.

QAZİLER.AZ

Diaspora