Fransada pensiya islahalarına qarşı keçirilən tətillər nəticəsində Parisin məşhur küçələrində üst-üstə yığılan zibillər sosial mediada gündəm olub.
Qaziler.az xarici KİV-ə isinadla xəbər verir ki, tətillə əlaqədar işdən çıxan zibiltəmizləyənlər Fransanın zibillə örtülməsinə səbəb olub. Belə ki, paytaxt küçələrində və Eyfel qülləsinin ətrafında zibil qalaqları əmələ gəlib.
Fransa mətbuatında yer alan xəbərə görə, Parisdə təmizlik işçilərinin tətili 15 gündür ki, davam edir. Bu müddət ərzində Paris Bələdiyyəsi paytaxt küçələrində 10 min tondan çox zibilin yığıldığını açıqlayıb.
Təkcə Fransada deyil, bütün dünyada gündəm olan ölkənin zibil mənzərəsi yerli əhali tərəfindən videolu görünülərlə ələ salınıb.
QAZİLER.AZ


