Jurnalistlər ABŞ prezidenti Co Baydenin Şimali Karolinadakı yarımkeçiricilər istehsalı müəssisəsində çıxış etməzdən əvvəl keçirdiyi brifinqinin videosunu yayımlayıblar.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, brifinqdən çıxarış Respublikaçı Milli Komitəsinin “Twitter” hesabında paylaşılıb.
Videoda tədbirin təşkilatçılarından biri göstərişlər verərək Amerika liderini müvəqqəti tribunaya aparır.
"Bəli, cənab, yamacdan enirik, aşağıda işçilər dayanır. Sol tərəfdəki mavi işarədə dayanmalısınız. Etiketiniz mavidir " - işçi Baydenə deyir. Buna cavab olaraq Bayden öz mavi işarəsi üzərində dayanacağını təsdiqləyir.
QAZİLER.AZ