BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşə hazır olduğunu bildirib.
Qaziler.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Baş katibin sözcüsü Stefan Düjarrik brifinq zamanı deyib. BMT nümayəndəsinin verdiyi məlumata görə, Rusiya tərəfdən belə bir tələb gələrsə, görüş apreldə Nyu-Yorkda baş tuta bilər.
“Əgər o, Nyu-Yorka gələrsə və görüş üçün müraciət olarsa, təbii ki, baş katib onunla görüşəcək”, - Düjarrik bildirib.
Qeyd edək ki, Rusiya apreldə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Lavrovun Təhlükəsizlik Şurasının bir sıra iclaslarında iştirak edəcəyi gözlənilir.
QAZİLER.AZ