İsveçrə Federal Şurası Aİ-nin anti-Rusiya sanksiyalarının onuncu paketini təsdiqləyib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytı xəbər verib. Moskvaya qarşı görülən tədbirlər artıq martın 29-dan qüvvəyə minib.
Səlahiyyətlilər aydınlaşdırdılar ki, yeni məhdudiyyətlərə əsasən, Rusiya Federasiyasının vətəndaşlarına idarəetmə orqanlarında və mühüm infrastruktur obyektlərində vəzifə tutmaq qadağandır.
İsveçrə Federal Şurası həmçinin hərbi-texniki və təhlükəsizlik sektorlarında, aviasiya və kosmik sənayedə yeni nəzarət tədbirləri və müxtəlif ikili təyinatlı malların ixracına məhdudiyyətlər müəyyən edib. Rusiya mallarının İsveçrəyə idxalına da məhdudiyyətlər qoyulub.
QAZİLER.AZ