Makrona "zibil" deyən qadının ödəyəcəyi bədəl ağır olacaq

Makrona "zibil" deyən qadının ödəyəcəyi bədəl  ağır olacaq backend

“Sarı jiletlilər”in nümayəndələrindən biri olan qadın “facebook” hesabında Fransa prezidenti Emmanuel Makron üçün “zibil” ifadəsini işlətdiyinə görə saxlanılıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, əməlinə görə müxalif qadın polis tərəfindən yaxalanıb və onu 6 il həbs cəzası gözləyir.

Qadın Fransa televiziyasına martın 22-də Makronun mübahisəli pensiya islahatı ilə bağlı danışmasından bir gün əvvəl “facebook”da həmin məsələyə toxunaraq: “Zibil sabah saat 13-də sizə, heç bir dəyər verilməyənlərə səslənəcək. Zibili sadəcə televizorda görə bilirik” yazdığı deyilir.

İyunun 20-də "prezidenti təhqir etmək" ittihamı ilə məhkəmədə ifadə verəcək qadın "facebook"da paylaşdığı ifadələrə görə təqsirli bilinərsə, onu 6 il həbs cəzası və 22 milyon 500 min avroya qədər cərimə gözləyir.

Digər tərəfdən, qadın ifadəsində başqa söz yazmaq istədiyini, lakin "klaviaturanın ona üstün gəldiyini" iddia edib.

QAZİLER.AZ

Diaspora