İsveçin yeni Baş naziri, Pakistan əsilli 37 yaşlı Həmzə Yusif vəzifəsinin icrasının ilk günündə rəsmi iqamətgahı “Bute House”da ailəsi ilə birlikdə namaz qılıb.
Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, müsəlman Baş nazir ilk iş gününün fotosunu sosial media hesabında paylaşıb. Onun bu şəkli müsəlmanlar tərəfindən sözün əsl mənasında alqış şərhlərinə tutulub. O isə paylaşımına bu ifadələri yazıb:
“Ailəm və mən parlamentdəki səsvermədən sonra bu gün (28 mart) “Bute House”da ilk gecəmizi keçiririk. İftardan sonra adət olduğu kimi ailəmlə birlikdə namaz qıldığım özəl bir an”.
QAZİLER.AZ



