ABŞ-ın Nashville şəhərində məktəbə silahlı hücumda 3-ü uşaq olmaqla 6 nəfəri qətlə yetirən Audrey Elizabeth Halenin polis tərəfindən zərərsizləşdirildiyi anların görüntüsü yayılıb.
Qaziler.az xarici mətbuata istinadən həmin görüntüləri təqdim edir:
Qeyd edək ki, yerli vaxtla saat 10:13-də ilk məlumat verildikdən sonra hadisə yerinə gedən polis qrupları binanı boşaltmağa başlayıb və təcavüzkar ikinci mərtəbənin pəncərəsindən polis maşınlarına atəş açıb.
Hücum nəticəsində 9 yaşında 3 uşaq və 60 yaşlarında 3 nəfər yaşlı şəxs həyatını itirib.
QAZİLER.AZ






