Macarıstan İsveçin NATO-ya daxil olmasını niyə gecikdirir?

Macarıstan İsveçin NATO-ya daxil olmasını niyə gecikdirir? backend

Macarıstan İsveçin NATO-ya daxil olmasını əngəlləməsinin səbəbini izah etməyə çalışıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Macarıstan prosesin ləngiməsində Stokholmun özünü günahlandırıb.

Bu barədə Macarıstan hökumətinin spikeri Zoltan Kovaç “The Guardian” nəşrinə deyib.

"İsveçin NATO-ya daxil olması problemlə üzləşdi, çünki İsveç Macarıstanın tənqidindən gileyləndi. Bu boşluğu aradan qaldırmaq hər iki tərəfdən əhəmiyyətli səylər tələb edir", - o, bildirib.

Qeyd edək ki, bir neçə aylıq gecikmədən sonra Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzv olmasına icazə verən qanun layihəsini təsdiqləsə də, Budapeşt İsveçin müraciətinə hələlik baxmayıb.

QAZİLER.AZ

Diaspora