Çilidə güclü zəlzələ: 1 ölü, 15 yaralı - YENİLƏNİB

Çilidə güclü zəlzələ: 1 ölü, 15 yaralı - YENİLƏNİB backend

Çilidə baş verən zəlzələ nəticəsində azı 1 nəfər ölüb, 15-ə yaxın insan xəsarət alıb. APA-nın verdiyi məlumata görə, bu barədə İlyapel şəhərinin meri Denis Korte bildirib.



Onun sözlərinə görə, 1 qadın dağılan restoran divarının altında qalaraq ölüb. Şəhərdəki bir sıra binalara ziyan dəyib, evlərdə çatlar əmələ gəlib.

Çili sahillərində zəlzələdən sonra sunaminin baş verdiyi bildirilir. Bəzi ərazilərdə dalğaların hündürlüyü 3 metri ötüb.

***

Sentyabrın 17-nə keçən gecə Çili sahillərində 8,3 bal gücündə zəlzələ baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İlyapel şəhərindən 46 km şimal-qərbdə, paytaxt Santyaqodan 228 km şimalda, ocağı isə 8,3 km dərinlikdə yerləşib.

Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi Çili və Peru sahillərində sunami təhlükəsinin olduğunu bildirib.

Bir qədər sonra İlyapel şəhərindən 25 km qərbdə 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Çili hökuməti sunami təhlükəsi ilə əlaqədar sahilyanı ərazilərdən əhalini təxliyyə etmək qərarına gəlib. Paytaxt Santyaqoda minlərlə insan küçələrə axışıb. Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.
Diaspora