ABŞ: Rusiya Qara dənizə tam nəzarət etmək istəyir

ABŞ: Rusiya Qara dənizə tam nəzarət etmək istəyir backend

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Moskvanın Qara dənizdə üstünlüyü tamamilə ələ keçirmək istədiyini deyib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Rusiyanın Qara dənizdəki əsas hədəfi ilə bağlı suala Ostin belə cavab verib:

"Rusiya Qara dənizə tam nəzarət etməyi və müttəfiqlərimizin və tərəfdaşlarımızın bu dənizə daimi çıxışının qarşısını almağı hədəfləyir".

Amerikalı nazir regional həmkarları ilə Qara dənizə çıxışın vacibliyi ilə bağlı müzakirələr apardığını və regiondakı müttəfiqlərin bu məsələdə birgə işləməli olduğunu bildirib.

QAZİLER,AZ

 

Diaspora