Stavropolda dronların istifadəsinə qadağa qoyulub

Stavropolda dronların istifadəsinə qadağa qoyulub backend

Stavropol diyarının qubernatoru Vladimir Vladimirov növbəti xəbərdarlığa qədər bölgədə mülki pilotsuz təyyarələrin istifadəsinə qadağa qoyub.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, regional hüquqi informasiya portalında yerləşdirilən fərmana əsasən, martın 28-dən etibarən regionda yalnız dövlət orqanları pilotsuz uçan aparatları işə sala biləcək.

“Növbəti xəbərdarlıq edilənədək Stavropol diyarının ərazisi üzərindəki hava məkanında pilotsuz mülki təyyarələrdən istifadə qadağan edilsin” sənəddə qeyd edilir.

İstisnalar siyahısına Stavropol diyarının dövlət orqanları, federal və bələdiyyə dövlət orqanları, onların tabeliyində olan qurumlar və dövlət müdafiə sifarişini yerinə yetirən təşkilatlar daxildir.

QAZİLER.AZ

Diaspora