Zelenski sui-qəsd təhlükəsinə görə şokoladdan məhrum edilib

Zelenski sui-qəsd təhlükəsinə görə şokoladdan məhrum edilib backend

Ukrayna prezidenti Volodimir Zelenski sui-qəsd təhlükəsinə görə britaniyalı teleaparıcı və səyyah Edvard Maykl Qrillsin “dost” şokoladından imtina etmək məcburiyyətində qalıb.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə yerli “Teleqraf” qəzeti məlumat yayıb. Media qeyd edir ki, Qrills münasibətləri yaxşılaşdırmaq üçün şəxsi görüşdə Ukrayna prezidentinə bir parça şokolad yeməyi təklif edib.

Qeyd edilib ki, teleaparıcı Ukraynaya 2022-ci ilin noyabrında sənədli film çəkmək üçün gəlib.

Lakin söhbət zamanı Zelenskinin Təhlükəsizlik Xidməti belə bir jeste qarşı çıxıb. Onlar qərara gəliblər ki, 48 yaşlı britaniyalı onu zəhərləyə bilər.

QAZİLER.AZ

Diaspora