ABŞ-da neft qatarı relsdən çıxıb

ABŞ-da neft qatarı relsdən çıxıb backend

ABŞ-ın Şimali Dakota ştatında təhlükəli materialları daşıyan qatar relsdən çıxıb.

Qaziler.az-ın məlumatına gorə, bu barədə “nyus.ru” “Valley News”a istinadla xəbər verir ki, hadisə Uindmer yaxınlığındakı Riçlend qraflığında baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə 31 vaqon relsdən çıxıb.

Nəşr bildirir ki, 70 vaqondan ibarət qatar relsdən çıxıb. Nəticədə asfalt istehsalında istifadə olunan neft məhsulları yola sızıb.

Hadisə nəticəsində xəsarət alanların olub olmadığı dəqiqləşdirilir. Xilasedicilər ərazini təmizləməyə başlayıb və bunun 7-10 gün çəkəcəyi bildirilib.

QAZİLER.AZ

Diaspora