Avstraliyada 5 milyon kenqurunun öldürülməsinə icazə verilib

Avstraliyada 5 milyon kenqurunun öldürülməsinə  icazə verilib backend

Bu il Avstraliyada 5 milyona yaxın kenqurunun kəsilməsinə icazə verildiyi açıqlanıb.

Qaziler.az “CNN”ə istinadla xəbər verir ki, Avstraliyanın milli simvollarından biri olan kenquruların məhv edilməsi üçün dövlət tərəfindən müəyyən edilən illik 5 milyonluq kvota vəhşi təbiət mütəxəssisləri tərəfindən zəruri hesab edilsə də, aktivistlər “vəhşi və amansızlıq” səbəbiylə məhv edilməsinin dayandırılmasını istəyirlər.

Hökumət rəsmiləri və vəhşi təbiət ekspertləri iddia edirlər ki, quraqlıqdan əziyyət çəkən bəzi kenquru növlərinin sayının çox olduğu ölkədə yerli növlərin qorunması və heyvanların aclıqdan ölməsinin qarşısını almaq üçün kenquruların mütəmadi olaraq məhv edilməsi lazımdır.

Son rəsmi rəqəmlərə görə, 36 milyondan çox sayı olan kenquruların əyalətlər arasında fərqli nisbətlər olsa da, kəsilmə kvotasının 20 faizinə çatdığı bildirilir.

Vurulan kenqurular ət və dəri ticarətində istifadə olunmaq üçün xüsusi emal mərkəzlərinə göndərilir.

QAZİLER.AZ

Diaspora