USB fləş kartlarla bombalı hücumlar təşkil edilir

USB fləş kartlarla bombalı hücumlar təşkil edilir backend

Kompüter, hətta cib telefonları üçün tez-tez istifadə edilən USB fləş kartlar son vaxtlar təyinatlarından başqa məqsədlər üçün istifadə olunmağa başlanılıb.

Düzdür, hər bir USB fləş kartını kompüterə qoşmaq onunla birlikdə zərərli proqram da gətirə bilər. Ancaq vəziyyət düşündüyünüzdən daha ciddi də ola bilər.

Çoxsaylı xəbər agentlikləri partlayıcılarla təchiz edilmiş USB kartları Ekvadorda jurnalistlərə poçtla göndərildiyini bildirir.

Bu USB-lərin təhdid məktubları ilə birlikdə ən azı 5 müxtəlif xəbər mərkəzinə göndərildiyi bildirilir.

Rəsmilər qeyd edirlər ki, fləş kartlar istifadəçi onları kompüterinə qoyan kimi partlamaq üçün nəzərdə tutulub. Bombaya çevrilən USB kartlar səbəbindən indiyə qədər bir jurnalist yaralanıb. Ekvador hökuməti və səlahiyyətliləri məsələni araşdırmağa davam etsə də, bu hücumların arxasında kimin dayandığı hələlik aşkar edilməyib.

QAZİLER.AZ

Diaspora