Nigeriyanın Biu şəhəri yaxınlığındakı hərbi buraxılış məntəqəsində baş vermiş bir neçə partlayış nəticəsində ən azı 11 nəfər ölüb.
RİA Novosti-nin verdiyi məlumata əsasən, partlayışları üçtəkərli motosikletdə hərəkət edən 3 terrorçu-intiharçı törədib.Məlumata görə, ölənlər arasında sərhəddə ticarətlə məşğul olan uşaqlar da var.
Qeyd edək ki, ölkədə "Boko Haram" terror qruplaşması fəaliyyət göstərir. Qruplaşma Qərb təhsil sisteminə qarşı çıxır və şəriət qaydalarının tətbiqinə çalışır.