5 milyon kenqurunu öldürməyə icazə verildi

5 milyon kenqurunu öldürməyə icazə verildi backend

Bu il Avstraliyada 5 milyona yaxın kenqurunun kəsilməsinə icazə verildiyi açıqlanıb.

Qaziler.az bununla bağlı xarici mətbuata istinadən bildirir.

Avstraliyanın milli simvollarından biri olan kenquruların kəsilməsi üçün dövlət tərəfindən müəyyən edilmiş illik 5 milyonluq kvota vəhşi təbiət mütəxəssisləri tərəfindən zəruri hesab edilsə də, aktivistlər bu qərarı “vəhşi və amansızcasına və ticari maraqlar” səbəbiylə məhv edilməsinin dayandırılmasını istəyirlər. 

CNN-in xəbərinə görə, Avstraliyanın rəsmi gerbində və milli hava yolu şirkəti Qantas-ın loqosunda istifadə edilən kenqurunun hər il ölkədə qanuni lisenziyalı ovçular tərəfindən öldürülməsi ilə bağlı bu il üçün açıqlanan 5 milyonluq "kvota" müzakirələri yenidən alovlanıb. 

Hökumət rəsmiləri və vəhşi təbiət ekspertləri iddia edirlər ki, bəzi kenquru növlərinin sayının çox olduğu quraqlıqdan əziyyət çəkən ölkədə yerli növlərin qorunması və heyvanların aclıqdan ölməsinin qarşısını almaq üçün kenquruların mütəmadi olaraq məhv edilməsi lazımdır.

Qeyd edək ki, vurulan kenqurular ət və dəri ticarətində istifadə olunmaq üçün xüsusi emal mərkəzlərinə göndərilmək üçün toplanır.

QAZİLER.AZ

 

Diaspora