Polşa Qərbi Putinin nüvə ritorikasına "sakit, lakin qətiyyətli" cavab verməyə çağırır

Polşa Qərbi Putinin nüvə ritorikasına "sakit, lakin qətiyyətli" cavab verməyə çağırır backend

Polşa Qərb dövlətlərini Rusiya diktatoru Vladimir Putinin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatına “sakit, lakin sərt” cavab verməyə çağırıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə RBC-Ukrayna Sky News-a istinadən xəbər verir.

Avropa İttifaqı işləri üzrə polşalı  nazir Şimon Şinkovski vel Sek Qərbi “Belarusun nüvə silahı ilə bağlı sakit olmağa” çağırıb.

Belə ki, o, Putinin bəyanatını “eskalasiya elementi” adlandırıb, eyni zamanda “reaksiya sakit, lakin qətiyyətli olmalıdır” deyib.

QAZİLER.AZ

Diaspora