Fillər üç gündə eyni ərazidə dörd nəfəri öldürüb

Fillər üç gündə eyni ərazidə dörd nəfəri öldürüb backend

Hindistanda vəhşi fillərin hücumu nəticəsində 4 nəfər ölüb.

Hindistanda vəhşi fillər üç gündə 4 nəfəri öldürüb.

Qaziler.az bildirir ki, bu barədə News9Live məlumat yayıb.

Dörd hadisənin hamısı Qərbi Benqaliyanın Jargram rayonunda baş verib. Martın 18-də Jitu Hembram adlı şəxs Kultikri kəndi yaxınlığında aqressiv heyvanlar tərəfindən ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da orada dünyasını dəyişib. Ertəsi gün 24 yaşlı Damayanti Mahato Nigui meşəsində fillər tərəfindən öldürülüb.

Martın 20-də Janrqramda iki yerli sakin  eyni gündə ölüb. İndhara kəndindən olan Sujit Mahatoya velosipedlə evə qayıdarkən fil ona hücum edib. Kənd sakinləri qışqırıq səslərini eşidib köməyə qaçsalar da, hadisə yerində yalnız onun cansız cəsədini tapıblar. Polis filin hindliyə arxadan yaxınlaşdığını, kişini xortumu ilə qaldıraraq yerə çırpdığını bildirib. Hindistanlı o andaca canını tapşırıb.

Saat 22:00 radələrində bir neçə fil Ballia kəndinə hücum edib, bu dəfə onların qurbanı evin eyvanına çıxan 65 yaşlı Namita Mahato adlı qadın olub. Qadın da yerindəcə öldürülüb.

Yerli sakinlər polisin və Meşə Təsərrüfatı İdarəsinin hərəkətindən narazılıqlarını bildiriblər. Onlar bildiriblər ki, aqressiv fillər bir neçə gündür ərazidə dolaşaraq kəndlərə girərək “xaos yaradır”.

Polisdən isə bildirilib ki, insanlara sürüsündən ayrı düşən və öz "yaşayış" yerlərinə getmək üçün yol axtaran fillər hücum edir.

QAZİLER.AZ

Diaspora