Estoniyanın xarici işlər naziri Ukraynanın Aİ və NATO-ya nə vaxt üzv ola biləcəyini deyib

Estoniyanın xarici işlər naziri Ukraynanın Aİ və NATO-ya nə vaxt üzv ola biləcəyini deyib backend

Əgər Ukraynanın Avropa İttifaqına daxil olmasından danışsaq, o zaman aylardan yox, illərdən danışmaq olar. NATO üzvlüyünə gəlincə, müharibə bitdikdən sonra bu yoldan başqa alternativ yoxdur.

Qaziler.az bildirir ki, bunu RBC-Ukraynaya müsahibəsində Estoniyanın xarici işlər naziri Urmas Reynsalu deyib.

Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların bu il başlaya biləcəyi ilə bağlı suala o, belə cavab verib: “Bu, siyasi qərardır”.

Nazir Ukraynanın hərbi əməliyyatlar bitməmiş Avropa Birliyinə üzv ola biləcəyi ilə bağlı suala cavab olaraq bildirib ki, “üzvlüklə bağlı danışıqlar döyüş meydanındakı hərəkətlərlə bağlı olmamalıdır”. Çünki bu, mahiyyət etibarı ilə Putinin əsas tələbinə - Ukraynanı Avroatlantik strukturlara buraxmamağa nail olması demək olacaq.

QAZİLER.AZ

Diaspora