Kanada Haitiyə cinayətkarlıqla mübarizə üçün 73 milyon dollar bağışlayacaq

Kanada Haitiyə cinayətkarlıqla mübarizə üçün 73 milyon dollar bağışlayacaq backend

Kanada hakimiyyəti cinayətkarlıqla mübarizədə Haitiyə yardım etmək üçün daha 100 milyon Kanada dolları (73 milyon ABŞ dolları) ayıracaq.

QAZİLER.AZ Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Kanadanın baş naziri Castin Trüdo Ottavada ABŞ prezidenti Co Bayden ilə birgə mətbuat konfransında deyib.

"Kanada Haiti Milli Polisinə əlavə dəstək vermək üçün daha 100 milyon dollar ayıracaq", - deyə C.Trüdo bildirib.

Onun sözlərinə görə, bundan əlavə, Ottava sanksiya siyahısına bu ölkədə mövcud böhranda iştirak edən daha iki Haiti vətəndaşını da əlavə edəcək.

 

 

 

Diaspora