Əlcəzairin səfiri tezliklə Parisə qayıdacaq

Əlcəzairin səfiri tezliklə Parisə qayıdacaq backend

Fransa prezidenti Emmanuel Makronla Əlcəzair lideri Abdelmacid Tebbun arasında telefon danışığından sonra Əlcəzair hakimiyyəti ölkənin səfirini Parisə qaytarmaq qərarına gəlib.

QAZİLER.AZ Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey Sarayının açıqlamasında deyilir.

"Prezident A.Tebbun telefon danışığı zamanı Fransa prezidentinə Əlcəzairin səfirinin yaxın günlərdə Parisə qayıdacağı barədə məlumat verib", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki,dövlət başçıları A.Tebbunun Fransaya planlaşdırılan dövlət səfəri ilə əlaqədar iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.

"Dövlət başçıları həmçinin regional sabitlik və xüsusilə Sahel zonasında terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər", - deyə açıqlamada bildirilir.

 

 

Diaspora