Prezident Jovenel Moizin öldürülməsində iştirak etdiyini ABŞ-da etiraf edib

Prezident Jovenel Moizin öldürülməsində iştirak etdiyini ABŞ-da etiraf edib backend

Haiti və Çili vətəndaşı Rodolf Jaar 2021-ci ilin iyulunda Haiti prezidenti Jovenel Moizin öldürülməsində iştirak etdiyini ABŞ-da etiraf edib.

QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə,  R.Jaar günahını Mayami məhkəməsində etiraf edib. O, Haiti liderinin oğurlanması və öldürülməsinə maliyyə dəstəyi verdiyini bildirib.

Bildirilir ki, o, cinayətkar qruplaşmanın üzvü olan Kolumbiya vətəndaşlarını silah, ərzaq və mənzillə də təmin edib.

Eyni zamanda, təqsirləndirilən şəxs ABŞ-da həbsdə olan daha on nəfərin mühakimə olunmasına kömək edəcək məlumatları təqdim edərək, istintaqla razılaşıb.

 

 

Diaspora