Rusiya Federasiyası Daxili İşlər Nazirliyi politoloq, publisist, Vladimir Putinin 2008-2010-cu illərdə baş nazir işlədiyi zaman onun çıxışlarının mətnini yazan Abbas Qallyamovun adını axtarışda olan şəxslərin məlumat bazasına daxil edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.
Xatırladaq ki, Abbas Qallyamov bu ilin fevralında xarici agentlərin reyestrinə daxil edilib.
Qallyamov Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa verilib.
Qallyamov hazırda ailəsi ilə birlikdə Rusiyadan kənardadır. O, mütəmadi olaraq müxtəlif xarici KİV-lərin proqramlarında siyasi mövzuları şərh etməyə dəvət olunur. O, Rusiyanın hərəkətlərini tənqid edir.