Nyu-York prokuroru Trampı həbs etməyə hazırlaşır

Nyu-York prokuroru Trampı həbs etməyə hazırlaşır backend

ABŞ-ın keçmiş prezidenti Donald Trampın üzərinə məhkəmə buludları yığılmaqda davam edir. Sabiq prezidentin həbs olunmaq təhlükəsi reallaşıb.

QAZİLER.AZ Pubıika.az-a istinadən xəbər verir ki, federal, əyalət və yerli hüquq-mühafizə orqanları eks-prezidentin cinayət işi açıldıqdan sonra həbs olunacağı təqdirdə, artıq təhlükəsizlik tədbirləri planlaşdırır.

Belə görünür ki, Co Bayden administrasiyası Tramp tərəfdarlarının Kapitoliyə basqın etdiyi 6 yanvar 2021-ci il hadisələrinin təkrarlanmasından ciddi şəkildə qorxur.

Vəziyyətin nə qədər ciddi olduğunu “Fox News”in xəbərinə görə qiymətləndirmək olar. Məlumata görə, Nyu-York şəhər prokuroru Donald Trampın həbsinə hazırlaşır.

Qeyd olunur ki, bütün bunlar Trampın Ağ Evə qayıtmasının istənilən şəraitdə qarşısını almaq üçün ona təzyiq alətidir.

 

 

Diaspora