Bayden bu dəfə soy kökünə rişxənd etdi - İrlandları qəzəbləndirdi

Bayden bu dəfə soy kökünə rişxənd etdi - İrlandları qəzəbləndirdi backend

ABŞ prezidenti Co Bayden Müqəddəs Patrik Günü şərəfinə verilən şam yeməyi zamanı özünün irland kökü, eləcə də irlandiyalı içki içənlər haqqında zarafat edib.

QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, o, həmçinin qeyd edib ki, İrlandiyada hələ də ailəsi ilə əlaqəli olan "Finnegan's Pub" adlı müəssisə var. “Lakin mən heç vaxt içki içməyən yeganə irlandiyalıyam. Məndə hər şey qaydasındadır. Mən həqiqətən irland deyiləm", - deyə Bayden deyib.

"Twitter" istifadəçiləri şərhlərdə Amerika liderinin zarafatını pisləyib, onu irlandları içki düşkünü kimi qələmə verməkdə ittiham ediblər

 

 

Diaspora