Daha bir GÜCLÜ ZƏLZƏLƏ: bu ölkədə yer yerindən oynadı

Daha bir GÜCLÜ ZƏLZƏLƏ: bu ölkədə yer yerindən oynadı backend

Ekvadorda martın 18-də 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, təbii fəlakətin episentri 32 min insanın yaşadığı Narancal şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib. Ocaq 85 kilometr dərinlikdə yerləşib.

Hazırda qurbanlar və dağıntılar haqqında məlumat verilmir. Sunami təhlükəsi yoxdur.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Onların episentri Qəhrəmanmaraş vilayətində olub. Yeraltı təkanlar son 84 ildə ölkə üçün rekorda çevrilib. Zəlzələlər nəticəsində 49 mindən çox insan həlak olub, 100 mindən çox insan yaralanıb.

 

 

 

 

Diaspora