Parisdə yenidən nümayiş başladı

Parisdə yenidən nümayiş başladı backend

Fransanın paytaxtı Parisdə hökumətin pensiya islahatına qarşı 2,5 minə yaxın insan nümayişə çıxıb.

QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, nümayiş Milli Assambleyanın qarşısındakı Konkord meydanında, Sena çayı sahilində keçirilir.

Meydanın mərkəzində nümayişçilər böyük tonqal qalayıblar. Polis ərazidə gücləndirilmiş rejimə keçib. Parlamentarilərin olduğu Burbon sarayına aparan körpüyə giriş bağlanıb.

Bəzi aksiya iştirakçılarının polisi təxribata çəkirək onlara daş və butulka atdığı bildirilir.

 

 

Diaspora