Rusiya İstintaq Komitəsi Putin üçün həbs qərarı verənləri tapacaq

Rusiya İstintaq Komitəsi Putin üçün həbs qərarı verənləri tapacaq backend

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bu gün Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə qarşı audit yoxlaması aparmağı tapşırıb.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, yoxlamanın bir hissəsi olaraq müstəntiqlər bu qərara cavabdeh olan konkret şəxsləri müəyyən etməli olacaqlar.

“Rusiya İstintaq Komitəsinin sədri Haaqa Məhkəməsi tərəfindən Rusiya vətəndaşlarının həbsinə dair qanunsuz orderlər verməsi ilə bağlı audit yoxlaması aparmağı tapşırıb. Auditin bir hissəsi olaraq Rusiya İstintaq Komitəsi Beynəlxalq Cinayət Məkəməsinin hakimləri arasından yuxarıda açıq-aşkar qanunsuz qərarlar qəbul edən konkret şəxsləri müəyyən edəcək”, - departamentdən bildirilib.

Bununla bağlı hansı prosessual qərarların qəbul oluna biləcəyi hələ dəqiqləşdirilməyib.

QAZİLER.AZ

Diaspora