Ukrayna Polşa və Slovakiyanın “MiQ-29” qırıcılarını bəyənmədi

Ukrayna Polşa və Slovakiyanın “MiQ-29” qırıcılarını  bəyənmədi backend

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Yuri İqnat Polşa və Slovakiyanın yaxın gələcəkdə Ukrayna hərbçilərinə vermək istədiyi “MiQ-29” qırıcılarının çox köhnəldiyini və effektiv silah olmadığını bildirib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, o bu barədə “Rada” telekanalının efirində deyib. Onun sözlərinə görə, Sovet dövrünə məxsus “MiQ-29” təyyarələrinin eynisi Ukrayna ordusunda var, lakin onların hamısı praktiki olaraq döyüş əməliyyatları üçün yararsızdır.

“Bizim xidmətimizdə olan sovet texnikası, xüsusilə də “MiQ”lər qanadlı raketlərə və dronlara qarşı effektiv deyil. Çünki oradakı texnologiya mənəvi cəhətdən köhnəlib – həm raketlər, həm də hava radar stansiyaları. Onlar bu funksiyaları effektiv şəkildə yerinə yetirə bilmirlər”, - İqnat bildirib.

Onun sözlərinə görə hazırda Ukrayna Silahlı Qüvvələri beş taktiki aviasiya briqadası ilə silahlanıb, onlardan ikisi "Su-27", üçü "MiQ-29"dan ibarətdir. Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı hesab edir ki, texnikanın miqdarı, xüsusən də köhnəlmiş qırıcıların tədarükü fonunda uğurlu əks-hücum əməliyyatını həyata keçirmək üçün kifayət deyil.

QAZİLER.AZ

Diaspora