Ukrayna özünü müdafiə etdiyi müddətcə...- Moldova prezidenti

Ukrayna özünü müdafiə etdiyi müddətcə...- Moldova prezidenti backend

Moldova prezidenti Mayya Sandu hesab edir ki, Ukrayna işğalçı dövlətə müqavimət göstərdiyi müddətcə onun ölkəsi Rusiya Federasiyası tərəfindən təhdid edilmir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna NewsMaker-ə istinadən yazır.

O, martın 17-də parlamentin iclasında çıxışı zamanı deputatlara müraciət edərək Avropaya inteqrasiyanı öz maraqlarından üstün tutmağa çağırıb. Bundan əlavə, o, Rusiyanın Moldova ilə bağlı xarici siyasətini tənqid edib.

"Kremldən yalnız təhdidlər, embarqolar və şantajlar  gəlir", - Sandu bildirib.

O, həmçinin bildirib ki, Moldova özlüyündə “zəif və həssasdır”, lakin Ukrayna özünü Rusiyanın işğalından müdafiə etdikcə, onun ölkəsi üçün müharibə təhlükəsi yoxdur.

QAZİLER.AZ

loading...
Diaspora