Sunak Britaniyanın Ukraynaya hərbi yardımları artıracağının anonsunu verdi

Sunak Britaniyanın Ukraynaya hərbi yardımları artıracağının anonsunu verdi backend

Britaniyanın baş naziri Rişi Sunak hesab edir ki, Ukraynanın döyüş meydanındakı vəziyyəti mümkün qədər tez dəyişmək üçün köməyə ehtiyacı var.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Britaniya hökumətinə istinadən yazır.

Onun sözlərinə görə, bu məsələ prezident Vladimir Zelenski ilə cümə axşamı, fevralın 16-da telefon danışığı zamanı müzakirə olunub.

"Böyük Britaniya Ukraynanın lazımi müdafiə avadanlığı almasını təmin etmək üçün müttəfiqləri ilə sıx əməkdaşlıq etməyə davam edir", - Sunak deyib.

O, həmçinin bildirib ki, Böyük Britaniya Ukraynaya hərbi yardımı davam etdirəcək.

QAZİLER.AZ

 

Diaspora