Səhv ünvana gedən polislər döyüldülər

Səhv ünvana gedən polislər döyüldülər backend

Hindistanda polislər araşdırmalar zamanı səhv ünvana gedib və döyülüblər.

Qaziler.az bildirir ki, Hindistanın Tamilnad ştatının Kalaiqnar Karunaniti Naqar şəhərində araşdırma aparan qadın polis müfəttişi və onun həmkarı elektrik kəsilməsi səbəbindən yanlış ünvana girib və döyülüb.

Bu barədə “The Hindu” məlumat yayıb.

Polis 15 milyon rupi dəyərində qızıl-zinət əşyaları və digər qiymətli əşyaların oğurlanması faktını araşdırırdı.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri dindirmiş və bundan sonra keçmiş laboratoriya işçisini dindirməyi planlaşdırırdılar. Cinayət müfəttişi Sumati və polis polkovniki Tamil İlakkiya həmin şəxsin evini axtarmağa gediblər.

Həmin an ərazidə elektrik enerjisi kəsildiyindən polis ehtiyatsızlıqdan qonşunun evinə girib. Ev sahibləri gözlənilmədən peyda olan polislərə hücum edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları müqavimət göstərə biliblər.

Hücum edənlər dindirilmək üçün polis bölməsinə aparılıb.

QAZİLER.AZ

Diaspora