Haitinin paytaxtı Port-o-Prensdə karnaval faciə ilə bitib. Qəfil baş verən yanğında azı 12 nəfərin həyatına son qoyub, 60-a yaxın insan yaralanıb.
Bədbəxt hadisə paradda hərəkət karnaval platformasının yüksək gərginlikli elektrik naqilinə toxunması nəticəsində baş verib.Qısa qapanmadan platforma yanıb, onun üzərində olan 7 nəfər isə elektrik cərəyanı vurması nəticəsində yerindəcə keçinib.
Qalan qurbanlar təşviş nəticəsində izdihamda yaranan basırıqda dünyasını dəyişib.