Çinin video paylaşma platforması “TikTok”a daha bir ölkədən qadağa gəlib.
Qaziler.az xəbər verir ki, artıq Böyük Britaniya hökumətə məxsus cihazlarda “TikTok”dan istifadəni qadağan edəcək.
Belə ki, Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi “TikTok”un dövlət telefonlarında qadağan edilib-edilməyəcəyini araşdırır. ABŞ, Kanada, Belçika və Avropa Komissiyası artıq bu tətbiqi qadağan edib.
Qeyd edilib ki, qadağa şəxsi cihazları əhatə etmir və “TikTok” əməliyyat səbəblərinə görə dövlət cihazlarında lazım olan hallarda məhdudiyyətli olacaq.
QAZİLER.AZ